ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib. R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb. Məlumata görə, görüş zamanı Əfqanıstanda təhlükəsizlik və bununla bağlı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.