XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 00:25

Özbəkistan prezidenti oktyabrın 25-də Türkiyəyə rəsmi səfər edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyayev oktyabrın 25-27-də Türkiyəyə rəsmi səfər edəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 20 illik fasilədən sonra baş tutacaq. Məlumata görə, oktyabrın 25-də hər iki ölkənin prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, daha sonra sənədlərin imzalanması mərasimi olacaq, ali qonağın şərəfinə şam ziyafəti veriləcək.

Ş.Mirziyayevin Türkiyə parlamentini (TBMM) ziyarət etməsi və spiker İsmail Kahramanla görüşü də planlaşdırılır.

Görüşlərdə Türkiyə-Özbəkistan əlaqələrinin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.