XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 12:39

“Real” Zidanla neçə illik müqavilə bağlayıb?

Madridin “Real” futbol klubunun fransız Zinəddin Zidanla müqaviləsi 2,5 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, Zidan “Kral klubunun” məşqçilik postunda 2015-ci ilin iyun ayında fəaliyyətə başlayan ispan Rafael Benitesi əvəz edib.

Benitesin başçılıq etdiyi “Real” İspaniya çempionatında yüksək nəticə əldə edə bilməyib və 18 oyundan sonra yalnız 3-cü yeri tutub. Bir qədər əvvəl isə klub diskvalifikasiya olunaraq ölkə kuboku yarışlarından çıxarılıb.

Fransa milli komandasının heyətində dünya və Avropa çempionluğunu qazanan Zidanın məşqçilik karyerası 2013-cü ildə məhz “Real” klubunda başlayıb. O, komandanın məşqçilər qərargahına daxil olub və gənc futbolçularla işləyib. Lakin müstəqil olaraq indiyə qədər belə məsuliyyətli post tutmayıb. Bu səbəbdən “Kral klubunun” Əlcəzair əsilli fransızla 2018-ci ilədək müqavilə bağlaması təəccüb doğurur(azərtac).