XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 09:21

Rus əsgər xidmət yoldaşını öldürdü, sonra intihar etdi –Ermənistanda + VİDEO

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib. 

“Oktyabrın 23-də “Alagəz” poliqonunda təlimlərdən sonra müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini pozaraq avtomat silahdan atəş açıb və xidmət yoldaşını ölümcül yaralayıb. Bundan sonra məsuliyyətdən qorxaraq intihar edib”, məlumatda deyilir. 

İnsidentlə əlaqədar hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir/APA.