XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 16:50

“Kərkük üzərində hakimiyyətin bərpası digər ərazilərimizin də azad edilməsinə təkan olub” –İraqlı diplomat

İraqın Azərbaycandakı səfirliyinin həyətində İraq hökumətinin Kərkük vilayətində nəzarəti bərqərar etməsi ilə bağlı tədbir keçirilib.

İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bildirib ki, tədbirdə İraqın Azərbaycandakı diasporunun nümayəndələri və iraqlı tələbələr iştirak edir: “Tədbirin məqsədi İraqın birliyinə olan dəstəyi göstərməkdir. Burada İraqda yaşayan bütün millətlərin nümayəndələri iştirak edir. Onlar da bütöv İraqa dəstək verirlər. İraq federal hökumətinin Kərkük üzərində hakimiyyətini bərpa etməsi digər ərazilərimizin də azad edilməsinə təkan olub və İraq hakimiyyətinin digər ərazilərə yeriməsinə imkan yaradıb”.

Diplomat qeyd edib ki, Kərkükdə bir çox millətlərin nümayəndələri yaşayır: “Bu ərazilərdə İraq federal hökumətinin nəzarətinin bərpa olunması yaxşı haldır. İraqın neft sərvətləri, sərhəd keçid məntəqələri hamısı İraqa aiddir”.

APA