XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Oktyabr 2017 - 17:53

Rusiya prezidentliyinə iddialı:“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”

“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”.

Bunu bu gün Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçak mətbuat konfransında bəyan edib.

"Biz öz sözümüzü, 1994-cü ilin Budapeşt memorandumunu pozduq. Söz verdik, lakin sözümüzü tutmadıq. Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir", – deyə Sobçak vurğulayıb. 

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu söyləyib: "Münasibətləri normallaşdırmaq lazımdır. Ukrayna sözsüz ki, Rusiya üçün çox vacib tərəfdaşdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək. Seçki kampaniyasına dekabr ayından start veriləcək. 

APA