XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 22:50

Rəsmi Kiyev Saakaşvilini ölkədən qovacaq? –Ukrayna Miqrasiya Xidməti bəyanat yaydı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün Ukrayna ərazisində hüquqi statusunun nizamlanması məsələsinə əhəmiyyət vermir, bu isə onun  ölkədən çıxarılması üçün əsas ola bilər.

Bu barədə Ukrayna Miqrasiya Xidmətinin bəyanatında bildirilir. 

Qeyd edək ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko bundan əvvəl Miqrasiya Xidmətinin M.Saakaşviliyə qaçqın statusu verməkdən imtina etdiyini bildirib. 

Ukrayna Miqrasiya Xidməti həmçinin M.Saakaşvilinin ona əlavə mühafizə təyin edilməsinə dair müraciətinə imtina cavabı verib. Buna səbəb kimi, müraciətin lazımi qaydada tərtib edilməməsi göstərilib/APA.