XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 23:08

ABŞ-a gələn qaçqınlara yeni tələb qoyuldu –10 il müddətində harada olduğu barədə məlumat toplanacaq

Ağ Ev bundan sonra ABŞ-a gələn qaçqınlardan əvvəlki kimi 5 il yox, 10 il müddətində harada olduğu barədə məlumat tələb edəcək.

Bununla bağlı yenilik sabahdan qüvvəyə minəcək.

Ağ Evin yeni qərarı prezident Donald Trampın bir sıra müsəlman dövlətlərinin vətəndaşlarına ABŞ-a gəlmələri ilə bağlı 120 günlük qadağanın bitməsinə bir gün qalmış verilib.

Yeniliyə əsasən, ABŞ-a gələn qaçqınlar əvvəlki kimi son 5 il yox, 10 il müddətində 30 gündən çox yaşadığı bütün yerlərdə telefon, elektron ünvan və yaşadığı ünvanları barədə məlumat verməlidir. Həmçinin qaçqınların ailə üzvlərinin telefon və elektron ünvanları barədə də məlumatda tələb olunacaq.

İndiyədək ancaq ABŞ-da qohumları olan yeni köçkünlərdən bu cür məlumat toplanılırdı.

Qərarın əleyhinə olanlar hesab edir ki, yenilik 11 ölkədən olan kişi qaçqınların və bəzi fələstinlilərin ABŞ-a gəlməsinə əngəl törədəcək/Report.