XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 23:18

“Mossad”a casusluqda ittiham olunan iranlı edam olundu –Tehran prokurorundan açıqlama

İranda İsrail dövlətinin kəşfiyyat orqanlı olan “Mossad”a casusluqda ittiham edilən şəxs edama məhkum olunub.

Bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi deyib.

O bildirib ki, prokurorluğun təqdim etdiyi cinayət işi əsasında məhkəmə bu işi araşdırıb: “Qeyd olunan şəxs “Mossad”la əməkdaşlıqda ittiham olunurdu. Onun törətdiyi cinayətlərdən biri ölkənin hərbi və nüvə tədqiqatları proqramında çalışan 30-a yaxın şəxsin məlumatlarını “Mossad”a çatdırmaqdır. Həmin şəxslərin arasında terror nəticəsində şəhid edilən iki nüvə aliminin də adı var idi”.

Prokuror qeyd edib ki, edama məhkum olunan şəxs “Mossad”ın 8 zabiti ilə görüşüb və İranın nüvə proqramı, hərbi bazaları barədə məlumatları onlara ötürüb/APA.