XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 08:32

Demokrat senator Trampı ələ saldı:"İşi-gücü ancaq “Twitter”də yazmaqdır"

ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb.  

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə  liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq “Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, – deyə o jurnalistlərə bildirib.     

“İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, – deyə Şumer qeyd edib.

APA