Qırğızıstan parlamentinin spikeri Çınıbay Tursunbekov könüllü şəkildə istefaya getdiyini bildirib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tursunbekov istefa qərarını oktyabrın 25-də qanunverici orqanın Bişkekdə keçirilən iclası zamanı elan edib.
“İl yarım ərzində mənə göstərilən etimadı doğrultmağa çalışdım. Mövqeyim kiməsə xoş gələ, kiməsə xoş gəlməyə bilər. Bütün fəaliyyətim qanun prinsipinə əsaslanırdı”, – deyə o, vurğulayıb.
Tursunbekov bu qərarı “prezident seçkilərində yüksələn hərarəti azaltmaq” məqsədilə qəbul etdiyini deyib.
Hələlik deputatlar arasında spikerin istefasına dair səsvermə keçirilməyib.