XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

25 Oktyabr 2017 - 14:40

Kreml prezidentliyə namizəd Kseniya Sobçakın Krımla bağlı fikirlərinəmünasibət bildirib

Kremldən prezidentliyə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçakın Krımla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov K. Sobçakın “Krım Ukrayna ərazisidir” fikrini məzmun, forma və beynəlxalq hüquq nöqteyi-nəzərindən düzgün olmayan bəyanat adlandırıb. 
 
“De-yure" və "de-fakto" Krım Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsidir. Krımın kimə aid olması müzakirə mövzusu deyil", – deyə Kremlin sözçüsü bildirib.  
 
Putinin mətbuat katibi məlum bəyanatın K. Sobçakın prezidentliyə namizəd kimi qeydiyyata alınmasına maneə olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib: "Bunu deyə bilmərəm, mən Mərkəzi Seçki Komissiyasında işləmirəm".
 
Peskov teleaparıcının məlum bəyanatla bağlı cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinin Kremlə aid olmadığını qeyd edib.