XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Oktyabr 2017 - 17:47

İraq XİN:"Kürdüstan böhranını həll etmək üçün Bağdada kömək lazım deyil"

 

Bağdad özü İraq Kürdüstanı ətrafında yaranmış vəziyyəti həll etmək iqtidarındadır və başqa dövlətlərin köməyinə ehtiyac duymur.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri bəyan edib. “Dəstəyə gəlincə, biz hər hansı köməyə ehtiyac duymuruq. Biz özümüz öz dövlətimizi, onun bütövlüyünü qorumağı bacararıq və dövlətimizin bütün hissələri vahid konstitusiyaya tabe olmalıdır”, – deyə nazir vurğulayıb.

Bu ərəfədə İraq kürd muxtariyyətinin hökuməti Bağdada regiondakı bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və dialoq aparılmasını təklif edib. Eyni zamanda, böhranın həlli üçün referendumun nəticələrini və regionun müstəqilliyinin elan olunması prosesini dondurmağa hazır olduğunu bildirib. Hələlik rəsmi Bağdad bu təklifə cavab verməyib.