XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 21:45

“Bloomberg”:"Canet Yellen FED rəhbərliyinə ən real namizəddir"

Hazırkı ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen (Janet Yellen) yenidən bu posta seçilməyə ən real namizəddir. 

"Report" xəbər verir ki, bu nəticə "Bloomberg" agentliyinin 4 637 nəfər arasında apardığı sorğuya əsasən məlum olub.

Belə ki, sorğuya qatılan respondentlərin 35%-i Canet Yelleni, 34%-i Con Teyloru (John Taylor), 25%-i Cerom Paueli (Jerome Powell) və 6%-i isə digər namizədi seçib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Canet Yellenlə görüşüb və görüş zamanı Yellenin Trampa müsbət təsir göstərdiyi bildirilir.
"Report"un analitik qrupu bildirir ki, Canet Yellenin vəzifəsinə davam etməsi durumunda dolların qlobal valyuta bazarlarında məzənnəsində ciddi dəyişiklik olmayacaq. Əksinə, Teylorun seçilməsi durumunda dolların kəskin möhkəmlənməsi, Pauelin gəlməsi durumunda isə dolların bir qədər ucuzlaşması gözlənilir.