XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 11:25

Avropa Parlamenti Türkiyəyə yardımı azaltdi- Məbləğ

Türkiyənin Avropa İttifaqına qəbulu proseduru “yerində saymağa” başladığına görə Avropa Parlamenti bu ölkəyə yardımı azaldıb.

Azərtac xəbər verir ki, 2018-ci ildə həmin yardımın məbləği 50-80 milyon avro azaldılacaq.

İlkin planlara əsasən, gələn il Türkiyənin islahatlar, infrastruktur və kənd təsərrüfatı ehtiyacları üçün Avropa İttifaqından 217 milyon avro alacağı nəzərdə tutulurdu. Avropa Parlamentinin bu məbləğin azaldılması haqqında qərarı hələ Avropa İttifaqına üzv ölkələrin hökumət və dövlət başçıları tərəfindən bəyənilməlidir, ancaq müşahidəçilər güman edirlər ki, bu yalnız rəsmiyyətdir.

Türkiyə tərəfindən Avropa İttifaqından alınan vəsait Avropa İttifaqına daxil olmağa namizəd ölkələrə dəstək göstərilməsi üzrə proqram çərçivəsində ödənilir. 2014-2020-ci illər ərzində Türkiyə Avropa İttifaqından demək olar ki, 4,4 milyard avro almalıdır.