XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 12:09

Sabiq baş nazirin həbsinə qərar verildi- Pakistanda

Pakistanın korrupsiya işləri üzrə məhkəməsi sabiq baş nazir Nəvaz Şərifin həbsinə order verib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir həftə əvvəl məhkəmə mülkiyyətin idarə olunması üzrə etibarnaməni saxtalaşdırılmaq və Ali Məhkəməyə yalan ifadə vermək səbəbindən Nəvaz Şərifə, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı ittiham irəli sürüb.

Qeyd edək ki, 2016-cı ilin payızında KİV-lərdə “Panama sənədləri”nin dərc olunmasından sonra Nəvaz Şərifə qarşı ittihamlar səsləndirilib. 2017-ci il iyulun 28-də isə Pakistan Ali Məhkəməsi baş nazirin “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edib və o, istefa verməyə məcbur olub.

“Panama sənədləri”nə əsasən Nəvaz Şərifin övladları Londonda daşınmaz əmlaka sahibdir. Həmin əmlakın alınmasına sərf olunan vəsaitin mənbələri Pakistan ədliyyəsində şübhə oyadıb.