XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 14:14

Şimali Koreya ABŞ nümayəndəsi iləgörüşü ləğv edib

Rəsmi Pxenyan oktyabrın sonunda ABŞ nümayəndəsi ilə görüşü son anda ləğv edib.
 
APA-nın xəbərinə görə, bu barədə Yaponiyanın “TBS” telekanalı məlumatlı mənbələrə istinadən məlumat verib.
 
Görüş Norveçin paytaxtı Osloda baş tutmalı imiş. Ehtimala görə, buna Koreya yarımadasında ABŞ-ın keçirdiyi hərbi təlimlərin miqyasının genişləndirilməsi olub.
 
Telekanala görə, Osloda ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun və KXDR XİN-in Şimali Amerika departamentinin direktoru Tsoy Son Xi arasında görüş nəzərdə tutulubmuş.