XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 15:12

Pekindəki “Quş yuvası” stadionunu ziyarət edənlərin sayı 30 milyonu ötüb- FOTO

Pekin Yay Olimpiya oyunlarının (2008) açılış mərasiminin keçirildiyi “Quş yuvası” stadionunu ziyarət edən yerli və xarici turistlərin ümumi sayı 30 milyonu ötüb.

Azərtac stadionun baş meneceri Sian Cünə istinadla xəbər verir ki, idman obyekti ictimaiyyət üçün açıq ediləndən, yəni 2008-ci ilin oktyabrın bəri orada keçirilmiş 300-dək tədbir və turist ziyarətləri ödənişlərindən 30 milyon ABŞ dolları vəsait əldə edilib.

Bildirilir ki, “Quş yuvası” 2022-ci ildə Pekində keçiriləcək qış Olimpiya Oyunlarında da istifadə olunacaq.