XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 01:51

ABŞ-a gələn sərnişinlər üçün yeni qaydalar –Əlavə yoxlamalardan keçəcəklər

Bundan sonra Birləşmiş Ştatlara gələn bütün uçuşlardakı sərnişinlər təyyarə qalxmadan öncə yeni təhlükəsizlik yoxlanışlarından keçəcəklər. Bu o deməkdir ki, həm Amerika vətəndaşları, həm də xaricilər bəzi hallarda hava yolu şirkəti işçiləri tərəfindən sorğu-sual ediləcəklər.

Strateq.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, bu yeni qərara həm Amerika, həm də xarici hava yolu şirkətləri əməl etməlidir.

Qərar hər gün ABŞ-a gələn 2100 uçuşa təsir göstərəcək.

Yeni qərar çaşqınlıqla qarşılanıb. Beş böyük aviaşirkət cümə axşamından etibarən, yeni təhlükəsizlik tədbirlərini həyata keçirməyə başlayacağını bildirsə də, onların hər biri bu prosesin həyata keçirilməsi ilə bağlı fərqli yollar irəli sürüb. Digər aviaşirkətlər isə əməliyyatlarının heç bir dəyişiklik olmadan davam edəcəyini bildirib.

Yeni qaydalar "noutbuk qadağası" aradan qaldırılandan sonra ABŞ-ın təhlükəsizlik nizamlamlarının həyata keçirilməsi üçün ayırlan 120 günlük müddətin sonunda təqdim olunub.

Yeni qayda ilə bağlı detallar ilk olaraq Dubayda qəragahlanan "Emirates" hava şirkətinin bəyanatında qeyd edilib. Bəyanatda "Emirates" Dubaydan uçan sərnişinlər üzərində əlavə yoxlanışlar keçirəcəyini bildirib.

"Air France" yeni təhlükəsizlk tədbirlərini cümə axşamı Parisin "Orly" Hava Limanında, bir həftə sonra, noyabrın 2-də isə "Charles de Gaulle" hava limanında həyata keçirməyə başlayacağını bildirib.

"EgyptAir" bildirib ki, yeni tədbirlərə sərnişinlər və onların baqajlarının daha ətraflı yoxlanışı, habelə onların sorğu-sual edilməsi daxildir.

Almaniyanın "Lufthansa Group" şirkəti isə bildirib ki, elektron cihazlara tətbiq olunan nizamlamalardan əlavə, ABŞ-a gələn sərnişinlər qeydiyyat köşkündə, habelə təyyarəyə minmədən öncəki çıxış qapısında qısa sorğu-sualla üzləşəcəklər.

Yeni qaydalar ABŞ-ın hava yolları şirkətlərinə də təsir göstərəcək. "Delta" Hava Yolları ABŞ-a səfər edən sərnişinlərə əlavə təhlükəzilik yoxlanışlarından keçmək üçün hava limanına uçuşdan azı üç saat öncədən gəlməyi məsləhət gördüyünü bildiirb.

"United" isə məsələ ilə bağlı şərh verməyi rədd edib.

"Airlines for Amerika" adlı ticarət qrupundan Von Cenniqs deyir ki, yeni qaydalara mürəkkəb təhlükəsizlik tədbirləri daxil olsa da, ABŞ rəsmiləri bu məsələdə çox yumşaq davranıb.

Lakin yeni qaydaların effektlivliyindən hər kəs əmin deyil. Bu, prezident Donald Trampın qlobal səhayətə təsir göstərən ən son qərarıdır.

Mart ayında ABŞ rəmsiləri bəzi Yaxın Şərq ölkələrindən gələn reyslərdə "noutbuk"lara qadağa tətbiq etmişdi. Lakin daha sonra həmin aviaşirkətlər CT skannerlərdən istifadə etməyə başlayandan sonra qadağa aradan qaldırıldı.

"Noutbuk" qadağası, eləcə də bəzi müsəlman ölkələrinə tətbiq olunan səyahət qadağaları Yaxın Şərq hava yolları şirkətlərinə mənfi təsir göstərib. Regionun ən böyük aviaşirkəti olan "Emirates" bu qadağalardan sonra ABŞ-a uçuşlarının sayını 20 faiz azaltdığını bildirib.