XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 09:40

ABŞ BMT-nin xristianlara yardım proqramlarına pul ayırmağı dayandırdı – “Biz artıq BMT-yə etibar etməyəcəyik”

ABŞ-ın vitse-prezidenti Dövlət Departamentinin BMT-nin effektiv olmayan yardım səylərinin maliyyələşdirməsini dayandıracağını bəyan edib.

Mayk Pens deyib ki, bunlara Yaxın Şərqdəki azlıqların dini təqiblərə qarşı səylər də daxildir. O, bu səylərə görə ABŞ-ın birbaşa Beynəlxalq İnkişaf Agentliyini maliyyələşdirəcəyini bildirib.

Pensin bəyanatı Xristianların Müdafiəsi qrupu ilə ötən gecə təşkil edilən şam ziyafətində açıqlanıb. Bu qrup Yaxın Şərqdə təqiblərə məruz qalan xristianları müdafiə edir: “Biz artıq soyqırımlarla üzləşən xristianlar və digər azlıqların müdafiəsində BMT-yə etibar etməyəcəyik. ABŞ əlbirliyi ilə inancına görə təqib edilənlərə yardım edən özəl təşkilatlarla çalışacaq”,  – Pnes bildirib.

Vitse-prezident deyib ki, BMT iztirab içərisində olan azlıqlara yardım səylərində uğursuz olub. Pens BMT-nin hansı ölkələrdə nailiyyət əldə edə bilməməsini deməsə də, dəyişikliklər zamanı gəldiyini vurğulayıb. O deyib ki, xristianlar İraq, Suriya, Misir və Livan kimi qədim köklərə malik olan ölkələrdə misilsiz təzyiqlər altındadır.