ABŞ Şimali Koreya hökumətinin bir neçə üzvü və Koreya Xalq Ordusunun hərbi təhlükəsizlik komandanlığının rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, sanksiya siyahısına komandanlıq rəhbəri, onun müavini, KXDR-in əmək naziri, Xarici Tikinti Bürosunun direktoru, ölkənin Çinin Şenyan əyalətindəki baş konsulu, xalq təhlükəsizliyi nazirinin müavini daxil edilib. (RİA-Novosti)