XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 20:24

ABŞ Dövlət Departamenti:“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir”

ABŞ Dövlət Departamenti Kataloniyanı İspaniyanın ayrılmaz hissəsi adlandırıb.

Reuters agentliyinin verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bəyan edib.

“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir. ABŞ İspaniyanı güclü və vahid bir şəkildə saxlamaq üçün həyata keçirilən hüquqi tədbirləri dəstəkləyir”,  – deyə H.Noyert bildirib.  Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edib. İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib. (APA)