XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 11:58

Tramp FED-ə yeni rəhbər təyin edəcək- Gələn həftə

ABŞ prezidenti Donald Tramp gələn həftə Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbərini təyin edəcək.

APA-nın xəbərinə görə, bunu Ağ evin mətbuat katibi Sara Sanders bəyan edib.

“Təsdiq edə bilərəm ki, prezident gələn həftə Federal Ehtiyatlar Sisteminə yeni rəhbər təyin edəcək”, deyə S.Sanders qeyd edib.

Ötən həftə Tramp qurum rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib.

Reuters agentliyinin məlumatına görə, bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauel, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylordur.

Qeyd edək ki, prezident tərəfindən təyin edilən şəxsin namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.