XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 18:46

Əfqanıstanda helikopter qəzası- Amerikalı hərbçi həlak olub

Əfqanıstanın şərqində yerləşən Loqar əyalətində helikopterin qəzaya uğraması nəticəsində NATO hərbçisi həlak olub.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olan şəxs ABŞ hərbçisidir. İnsident nəticəsində, həmçinin 6 ekipaj üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

NATO komandanlığından verilən məlumata görə helikopter düşmən tərəfindən vurulmayıb. Lakin qəzanın baş vermə səbəbləri hələ aydın deyil, təhqiqat aparılır.

Xatırladaq ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Missiya əsasən yerli güc strukturlarının təlimi ilə məşğuldur və hərbi əməliyyatlarda birbaşa iştirak etmir.