XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2017 - 20:46

İstanbulda İŞİD əməliyyatı- 4 nəfər saxlanılıb

İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri yaxalanıb.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul polisi şübhəli şəxsləri izləyib. İŞİD-çilər saat 16:30 radələrində ağ rəngli avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıblar. Avtomobildən çıxan 4 nəfər polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı şübhəlilərdən biri yüngül xəsarət alıb. Vətəndaşlar ərazidən uzaqlaşdırılıb.
 
Hadisə yerinə partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər çağırılıb. Onlar avtomobildə partlayış törədiblər. Araşdırma aparılır.