XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2017 - 21:33

Somalinin paytaxtında partlayış:azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Somalinin paytaxtı Moqadişoda Naasa Hablood mehmanxanasının yaxınlığında baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Azərtac xəbər verir ki, Alsomal yerli xəbər portalının yaydığı məlumata görə, hazırda Somalinin təhlükəsizlik qüvvələri və terrorçular arasında toqquşmalar davam edir.

Əl-Ərəbiyə telekanalı isə öz növbəsində həmin rayonda ikinci partlayış barədə məlumat yayıb.

Terrorçu-kamikadzenin bomba yüklü avtomobili Moqadişoda Prezident sarayının yaxınlığında yerləşən mehmanxananın qarşısında partlatdığı bildirilir. Polisin məlumatına görə, mehmanxanada atışma başlayıb.