XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 10:07

İraq Kürdüstanı:"Məsud Bərzani mandatının uzadılmasını istəmir"

İraqın kürd muxtar vilayətinin rəhbəri Məsud Bərzani regional parlamentə məktubunda noyabrda mandatı bitdikdən sonra postunda qalmaqdan imtina etdiyini bildirib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə kürd liderinin müşaviri öz Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, parlament Bərzaninin səlahiyyət müddətini iki dəfə uzadıb. Bu dəfə isə o, mandatını uzatmaqdan, yaxud mövcud qanunvericiliyə düzəliş olunmasından imtina edib.

Bazar günü kürd parlamentinin 2005-ci ildən regiona rəhbərlik edən Bərzaninin müraciətini müzakirə edəcəyi gözlənilir. Əldə olan məlumata əsasən, sənəddə siyasətçi öz səlahiyyətlərinin parlament və hökumət arasında bölünməsi planını irəli sürüb. O, əvvəllər də dəfələrlə bəyan etmişdi ki, müstəqillik haqqında referendumdan və mandatının bitməsindən sonra postunda qalmaq niyyətində deyil.

Xatırladaq ki, Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani 2005-ci ilin iyununda regional parlamentdə, 2009-cu ildə isə birbaşa seçkilərdə muxtariyyətin rəhbəri seçilib. Həmin vaxtdan bəri onun mandatı bir neçə dəfə uzadılıb.