XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 10:22

Yay vaxtının ləğvi məsələsi araşdırılır- Avropa Komissiyası

Avropa Komissiyası (AK) yay vaxtına keçidin ləğv olunmasının məqsədəuyğunluğu məsələsini öyrənir.

Azərtac xəbər verir ki, bu barədə Frankfurter Allgemeine Zeitung qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadla məlumat yayıb. Nümayəndə bildirib ki, AK artıq yay vaxtının ləğvinə nə dərəcədə tələbat olduğunu araşdırır. Hazırda məsələ bütün mövcud informasiya nəzərə alınmaqla öyrənilir.

Müzakirə edilən məsələyə dair rəsmi məlumat AK-ın qiymətləndirmə nəticələri məlum olduqdan sonra veriləcək.