XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

29 Oktyabr 2017 - 10:38

Ceyms Mettis:“ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək”

ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis Cənubi Koreya XİN rəhbəri Son Yen Mu ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.    
 
“Son 1-2 il ərzində Pxenyanın tez-tez həyata keçirdiyi raket buraxılışları fonunda bunu heç təsəvvür etmək belə mümkün deyil”, – deyə C.Mettis bildirib.   
 
Pentaqon rəhbərinin Seula səfəri oktyabrın 27-də başlayıb. Yaxın zamanda ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri baş tutacaq.