XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 10:57

“El Pais”:"Kataloniyanın müstəqilliyini bölgə əhalisinin 29 faizi dəstəkləyir"

Kataloniya əhalisinin 29 faizi muxtar bölgənin müstəqilliyini dəstəkləyir.

APA-nın xəbərinə görə, bu barədə  “El Pais” nəşri keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat verir.
 
Sorğuda 500 kataloniyalı iştirak edib.  
 
Respondentlərin 46 faizi Kataloniya hökumətinin səlahiyyətlərini genişləndirməklə İspaniyanın tərkibində muxtariyyətin saxlanılmasını dəstəkləyib. Sorğuda iştirak etmiş  kataloniyalıların 1 faizi muxtar bölgənin İspaniyanın tərkibində əvvəlki şərtlərlə qalmasını dəstəkləyib.   
 
eyd edək ki,  Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri K.Puçdemon bundan əvvəl İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.
 
K.Puçdemon regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb: “Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik”. 
 
Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir. 
 
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bu qərardan sonra Kataloniya parlamenti və hökuməti buraxılıb. Bu gün İspaniya baş nazirinin müavini Mariya Sorayya Saenz de Santamariya Anton Kataloniyanın müvəqqəti rəhbəri təyin olunub.