XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2017 - 11:07

Bolqarıstan:"Kataloniyanın müstəqilliyini tanımırıq"

Bolqarıstan hökuməti Kataloniya parlamenti tərəfindən regionun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımır.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bolqarıstan İspaniya Krallığının Avropa İttifaqının əsas dəyərləri olan Konstitusiya qayda-qanunu, qanun aliliyi və hüquqi dövlət prinsiplərinə hörmətlə yanaşır. Biz İspaniyanın dövlət suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik", – deyə bəyanatda bildirilir.

Bundan əvvəl Almaniya hökuməti Kataloniyanın birtərəfli qaydada müstəqil elan olunmasını tanımadığını bəyan edib.

Kataloniya oktyabrın 27-də regionun müstəqilliyinə dair qətnamənin lehinə səs verib.