XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 12:55

Türkiyədə 29 oktyabrCümhuriyyət bayramı qeyd olunur

 

Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı – qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 94-cü ildönümü geniş qeyd olunur. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.

Azərtac xəbər verir ki, bu bayram münasibətilə ölkənin hər yerində küçə və meydanlar bayramsayağı bəzədilib, bütün şəhərlərdə mərasim və şənliklər təşkil olunub.

Oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, qardaş ölkənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların rəhbərləri, vətəndaşlar Mustafa Kamal Atatürkün mavzoleyini – “Anıtqəbir”i ziyarət ediblər.

“Anıtqəbir”in önünə əklil qoyulduqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Hazırda “Anıtqəbir”də böyük izdiham yaşanır, Türkiyə xalqı mavzoleyi ziyarət edərək böyük oğlunun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyur.