XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2017 - 14:13

Lotereyadan 11,6 milyon dollar uddu- Kanadada

Kanadanın Kvebek əyalətinin sakini “Lotto Max” milli lotereya oyununda 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) udub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün lotereya oyununu təşkil edən “Atlantic Lottery” Assosiasiyası açıqlayıb.
 
Hələ ki, uduşlu biletin əyalətin hansı şəhərində satıldığı və kimə satıldığı məlum deyil. Qaydaya əsasən, uduş sahibi lotereyanı təşkilatçılara təqdim etməli və uduş sahibinin adı ictimaiyyətə açıqlanmalıdır.