XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 17:57

Kataloniyada müstəqillik əleyhinə izdihamlı mitinq –100 minlərlə insan küçələrə çıxdı

Barselonada İspaniyanın müstəqilliyinin saxlanmasını istəyən təqribən 300 min insan küçələrə çıxıb.

Mitinqə toplaşanların əksəriyyəti Kataloniya jeneralitetinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Karles Puçdemonun həbsini tələb ediblər. Ötən gün İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması və Puçdemonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Regionda birbaşa Madridin idarəçiliyi tətbiq edilir.

Kataloniyada parlament seçkiləri dekabrın 21-nə təyin olunub. (Report)