XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 19:22

“Puçdemon prezident postundan getməyə hazırlaşmır” –Müavini Madridə meydan oxudu

“Karles Puçdemon Kataloniyanın rəhbəri postundan getməyə hazırlaşmır”.

Strateq.az bildirir ki, bu sözlər ispan hökuməti tərəfindən istefaya göndərilmiş generalitet rəhbərinin müavini Oriol Junkeras bildirib. 

“Ölkənin prezidenti Karles Puçdemondur. Parlamentin sədri isə Karme Forkadeldir. Azad seçkilər zamanı vətəndaşlar başqa qərar verməyənə qədər bu, belə olacaq” – deyə o, “El Punt Avuti” qəzetində yazdığı məqalədə bildirib.

Bununla yanaşı, Junkeras qeyd edib ki, yaxın günlərdə Kataloniyanın suverenliyi üçün “həmişə sadə anlaşılmayacaq çətin qərarlar qəbul olunacaq”.

Siyastçi söhbətin nədən getdiyini dəqiqləşdirməyib. O vurğulayıb ki, gec-tez Kataloniya respublikası yaradılacaq. Çünki ölkə bunun üçün lazım olan gücə malikdir.