Adam Osmayevin adı prezident Putinə sui-qəsddə də hallanır
Məşhur siyasətçi Boris Nemtsovun qətlini araşdıran birləşmiş istintaq briqadası baş vermiş cinayətdə “Ukrayna izi”nin olmasını istisna etmir. Strateq.az 24СМИ-yə isnadən xəbər verir ki, rus müxalifətçisi Ukrayna hakimiyyətinin sifarişi ilə Dudayev batalyonunun döyüşçüləri tərəfindən öldürülə bilərdi. İstintaq qurumunun versiyasına görə, Nemtsovun qətlini həmin batalyonun komandiri Adam Osmayev təşkil edib.
Qeyd edək ki, Osmayevin adı prezident Putinə sui-qəsdə aid cinayət işində də hallanır.
İstintaq ən müxtəlif variantları nəzərdən keçirsə də, əsas versiyanı Ukraynanın xüsusi xidmətləri ilə əlaqələndirir.