Rusiyanın Federal Kosmik Agentliyi "Roscosmos" üzərindəki nüvə stansiya sistemi vasitəsilə orbitdəki digər peykləri enerji ilə təmin edə biləcək yeni kosmik vasitə hazırlamağı planlaşdırır.
Roscosmosun hazırlamağı planlaşdırdığı kosmik vasitə mərkəzi Sankt-Peterburqda yerləşən şirkət tərəfindən ərsəyə gətiriləcək. Agentlik 2018-ci ilin noyabr ayının sonuna qədər şirkətdən kosmik vasitənin xüsusiyyətlərini, orbitə göndərilməsi prosesi və təhlükəsizliyi haqqında ətraflı məlumat yayımlamağı tələb edib. Kosmik gəmilərin gövdə hissəsində yerləşdiriləcəyi bu vasitələrin layihəsinə hələ 2010-cu ildən başlanılmışdı.
Sovetlər dövründə nüvə stansiya xüsusiyyətli 30 kosmik vasitə hazırlanmışdı ki, bunlardan biri olan "Kosmos-954" 1978-ci ildə Kanadaya düşmüşdü. (EurasiaDiary)