XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 17:44

Kataloniyanın rəhbəri:"Belçikadan sığınacaq istəmək niyyətində deyiləm"

İspaniya hökuməti tərəfindən Kataloniyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılan Karles Puçdemon Belçikadan sığınacaq istəmək niyyətində deyil.

Bu barədə Puçdemon bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, Belçika paytaxtına sığınacaq almaq yox, təhdidlərdən yayınmaq üçün gəldiyini qeyd edib.

Puçdemon evə dəqiq nə vaxt qayıdacağına aydınlıq gətirməyib və bunun İspaniya hökumətinin zəmanətlərindən asılı olacağını söyləyib/Report.