XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2017 - 22:55

Kataloniyanın sabiq rəhbəri İspaniya Məhkəmə Palatasına çağırıldı –Xəbərdarlıq

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.    

Məlumata görə, əgər K.Puçdemon və digərləri Brüsseldə qalmağa qərar versələr, onlar Madridin sorğusu əsasında Belçika polisi tərəfindən həbs ediləcəklər.

Qeyd edək ki,  Kataloniya hökumətinin keçmiş üzvləri üsyanın təşkilində ittiham olunurlar.