XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 10:04

Nyu-York terroru:ölənlərin sayı 8-ə çatıb

Nyu-Yorkun Manhetten rayonunda baş verən terror aktı nəticəsində həlak olanların sayı 8-ə çatıb. Bundan əlavə, bir neçə nəfərin də yaralandığı bildirilir.

Şəhər polisinin verdiyi məlumata görə, terror aktı Florida ştatının Tampa şəhərindən olan 29 yaşlı Sayfullo Saipovun kirayə götürülmüş yük avtomobilini piyadaların və velosipedçilərin üstünə sürməsi nəticəsində baş verib. Hadisənin yerli vaxtla təxminən saat 3:05-də törədildiyi bildirilir.

Şahidlər qeyd ediblər ki, cinayətkar avtomobili piyadaların üstünə sürdükdən sonra iki tapança ilə onlara atəş açmağa çalışıb. Lakin polis işçilərinin vaxtında müdaxiləsi nəticəsində cinayətkar güllə ilə vurularaq zərərləşdirilib(azərtac).