XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 10:12

Matviyenko:"Lenin o vaxt dəfn olunacaq ki..."

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O, "Arqumentı i faktı" qəzetinə müsahibəsində qeyd edib ki, Qırmızı meydanda V.Lenin Rusiya tarixinin bir hissəsidir:

"Və mən düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək".

V.Matviyenko bildirib ki, dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər: "Lakin bu, indinin və sabahın işi deyil".