XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 11:07

Trampa impiçment tələbi- Petisiya 1 milyon səs toplayıb

ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb.  

APA-nın “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, oktyabrın 20-də needtoimpeach.com saytında dərc olunmuş petisiyanın təşəbbüskarı tanınmış milyarder və siyasi fəal Tom Stayerdir.  
 
“Donald Tramp bizi nüvə müharibəsinin astanasına gətirib çıxarıb. O ədalət məhkəməsinə daim əngəl yaradıb və başqa ölkələrin hökumətlərindən pul alıb. Biz bu cür təhlükəli prezident barəsində impiçment elan etməliyik”, – deyə petisiyada qeyd edilib.