XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 14:24

CNN:"ABŞ qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb"

Birləşmiş Ştatların Yapon dənizindəki "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşan Rusiya təyyarələri ABŞ qırıcıları tərəfindən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə CNN-ə ABŞ rəsmiləri danışıblar:

"Bazar günü Rusiyaya məxsus TU-95 tipli 2 bombardmançı təyyarə "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşıb. Lakin gəmidən havaya qaldırılan F/A-18 qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb".

Rəsmilər Rusiya təyyarələrinin problem yaratmadan ərazidən getdiyini və təhlükəli vəziyyət olmadığını bildirib.

Qeyd edək ki, bu bölgədə Çin, Yaponiya və Koreya da var. Şimali Koreya ilə yanaşı, Çin və Rusiya da ABŞ-ın regiona artan marağından narahatdır.