XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 19:27

Şinzo Abe yenidən Yaponiyanın Baş naziri seçildi- Hökumətin tərkibini təsdiqlədi

Noyabrın 1-də parlamentin aşağı palatası Yaponiyanın yeni Baş nazirini seçib. Həmin vəzifəyə oktyabrın 22-də keçirilən ümumi seçkilərdə qalib gəlmiş Liberal Demokratik Partiyanın lideri Şinzo Abe böyük səs çoxluğu ilə seçilib. Parlamentin aşağı palatasının 465 üzvündən 312-si Şinzo Abenin namizədliyini dəstəkləyib.

Bundan sonra Baş nazir Şinzo Abe hökumətin tərkibini təsdiq edib. Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, Baş nazir avqust ayında təyin edilən kabinetinin tərkibində dəyişiklik aparmayıb.

Belə ki, Baş nazirin müavini Taro Aso yenidən həm də maliyyə naziri vəzifəsini tutub. Taro Kano xarici işlər naziri, İtsunori Onodera isə müdafiə naziri vəzifələrində qalıblar. İqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsinə isə həm də Rusiya ilə iqtisadi əməkdaşlığa cavabdeh olan Hiroşiqe Seko təyin olunub.

Hökumətin yeni tərkibi İmperator Akihitoya təqdim edildikdən sonra rəsmi fəaliyyətə başlayacaq.

Həmin gün axşam saatlarında keçiriləcək mətbuat konfransında isə Ş.Abe növbəti mərhələ üçün kabinetin daxili və xarici siyasətinin əsas istiqamətlərini bəyan edəcək(azərtac).