XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 12:36

Pentaqon İranın nüvə obyektlərini partlatmaqla hədələdi
Pentaqon İranın nüvə obyektlərini partlatmaqla hədələdi

ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ABŞ silahlı qüvvələri İranın nüvə obyektlərini məhv eləməyə qadirdir. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi məlumata görə, Pentaqon başçısı bildirib ki, bunu iranlılar da yaxşı anlayır.
Onun sözlərinə görə, Amerika bunker əleyhinə bombalarını təkmilləşdirməkdə davam edir, hansı bomba ki, artıq indinin özündə də Tehranın Fordodakı nüvə obyektini dağıda bilər.
Bununla belə, Karter bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə probleminin hərbi yox, diplomatik yolla nizamlanmasına çalışır. “İstənilən anlaşma İran nüvə obyektlərində təftişin aparılmasını nəzərdə tutmalı və etimad və yoxlamalara əsaslanmalıdır”.
Pentaqon başçısı istisna eləməyib ki, Şimali Koreya İranın nüvə proqramında ikinciyə kömək edir.