XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 21:57

Milyarder Li Kaşin Honkonq göydələnindəki payını satıb- 5,2 milyard dollara

Milyarder Li Kaşinə məxsus CK Asset Holdigs Ltd korporasiyası Honkonqdakı The Center göydələnindəki payını C.H.M.T. Peaceful Development Asia Property firmasına 40,2 milyard Honkonq dollarına (5,2 milyard ABŞ dolları) satmaq barədə müqavilə imzalayıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu, Honkonq ofis daşınmaz əmlak bazarında rekord qiymətdir. CK Asset holdinqinin sövdələşmədən gəliri 14,5 milyard Honkonq dolları təşkil edəcək.

Hündürlüyünə görə şəhərdə beşinci olan 73 mərtəbəli bina Honkonqun mərkəzində yerləşir. Bununla yanaşı, şəhər ofis daşınmaz əmlakının icarə qiyməti üzrə dünyada birinci yeri tutur.