İranın ali dini lideri Əli Xameneyi ABŞ-ı İran xalqının əsas düşməni adlandırıb.
Bunu Xamenei tələbələr qarşısında çıxışı zamanı deyib.
“ABŞ-dakı şəxslər qarşısında geri çəkilmə onlara güc verəcək və onları utanmaz edəcək. Ona görə də yeganə yol müqavimətdir”, – deyə o, bildirib.
Əli Xameneyi əlavə edib ki, İslam inqilabından sonra ABŞ Tehrana qarşı düşmən mövqeyində dayanıb və hazırda nüvə razılaşmasına xələl gətirmək istəyir/APA.