XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 20:14

Trampın Asiya səfəri başlayır –12 gün çəkəcək

Prezident Donald Tramp 12 günlük Asiya səfərinə başlayır.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, 5 ölkəni əhatə edəcək səfər Koreya yarımadasındakı gərginliyin artdığı dövrə təsadüf edir.

Son aparılan rəy sorğuları göstərir ki, amerikalıların böyük əksəriyyəti ABŞ üçün ən böyük təhlükənin Şimali Koreyadan qaynaqlandığını hesab edirlər.

Donald Tramp noyabrın 7 və 8-i səfərinin ikinci dayanacağı olaraq Cənubi Koreyaya səfər edəcək.

Səfər müddətində prezidentin Cənubi Koreya prezidenti Mun Cae və başqa dünya liderləri ilə görüşü gözlənilir. Görüşlərdə müzakirə olunacaq əsas mövzu Pxenyanın nüvə silahı və ballistik raketlərin inkişaf proqramına qarşı ölkələrin aparacağı siyasət olacaq.

Bir neçə gün öncə Cənubi Koreya səfəri zamanı ABŞ müdafiə naziri Cim Mettis bildirib ki, ABŞ Şimali Koreyanın nüvə proqramı ilə bağlı vəziyyəti diplomatik yolla həll etmək üçün hər şeyi edir.

Tramp administrasiyası rəsmisinin sözlərinə görə, prezident sələflərindən fərqli olaraq Şimali Koreya ilə sərhəd demilitarizisiya zonasını ziyarət etməyəcək.

Çin prezidenti Şi Tsinpinlə görüşmək üçün Cənubi Koreyadan Pekinə uçmazdan əvvəl Trampın Milli Assambleyada çıxış edəcəyi gözlənilir.