XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 21:45

“Qətər Körfəzdəki siyasi sabitlik üçün əhəmiyyətli bir gücdür” –Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Qətərlə “F-15QA” qırıcılarının dizaynı və hərbi tikinti xidməti üzrə imzalanan 1,1 milyard dollarlıq müqaviləni təsdiqləyib.

Məlumatı Dövlət Departamenti yayıb.

“Qətər Körfəzdəki siyasi sabitlik üçün əhəmiyyətli bir gücdür. Ortaq müdafiə mənafeyimiz əlaqələrimizi gücləndirir. Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri ölkənin təhlüksizliyində əhəmiyyətli rol oynayır”, -deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Qətər ABŞ-dan dəyəri 12 milyard dollar olan 72 ədəd “F-15E” qırıcısı alıb/Repot.