İspaniya prokurorluğu Kataloniyanın hakimiyyətdən uzaqlaşdırılan başçısı Karlos Puçdemonun və onun silahdaşlarının həbsi üçün Avropa orderinin verilməsini tələb edib.
"İnterfaks"ın verdiyi xəbərə görə, hazırda Kataloniyanın keçmiş hakimiyyətinin 5 nümayəndəsi Belçikadadır.
Prokurorluğun sorğusuna əsasən, İspaniya məhkəməsi həbs üçün Avropa orderi verəcəyi təqdirdə, bu, Karlos Puçdemonun 60 gün ərzində Aİ-nin istənilən ölkəsindən, həmçinin Belçikadan qaytarılmasına imkan yaradacaq/Report.